Menyu

Qarabağda peşə təhsilinə cəlb ediləcək keçmiş məcburi köçkünlərə təqaüd verilməsi təklif olunub

Qarabağda peşə təhsilinə cəlb ediləcək keçmiş məcburi köçkünlərə təqaüd verilməsi təklif olunub

Azad edilmiş ərazilərdə peşə təhsilinə cəlb ediləcək keçmiş məcburi köçkünlərə təqaüd verilməsi təklif olunur.

Operativ Media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edib.

O xatırladıb ki, 2025-ci ilin sonuna qədər 10 min 270 ailə azad edilmiş ərazilərdə məskunlaşacaq:  

"Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 40 mindən çox vətəndaşın məskunlaşmasının şahidi olacağıq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər