Menyu

Azad edilən ərazilərdə yaşayan və peşə məktəblərində oxuyanların təhsil haqlarının dövlət hesabına ödənilməsi ilk oxunuşda qəbul edilib

Azad edilən ərazilərdə yaşayan və peşə məktəblərində oxuyanların təhsil haqlarının dövlət hesabına ödənilməsi ilk oxunuşda qəbul edilib

Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir.

Operativ Media xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilir.

Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.

Qeyd olunub ki, layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsili haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Teqlər:

"Azad edil\u0259n \u0259razil\u0259rd\u0259 ya\u015fayan v\u0259 pe\u015f\u0259 m\u0259kt\u0259bl\u0259rind\u0259 oxuyanlar\u0131n t\u0259hsil haqlar\u0131n\u0131n d\u00f6vl\u0259t hesab\u0131na \u00f6d\u0259nilm\u0259si ilk oxunu\u015fda q\u0259bul edilib"

Əlaqəli Xəbərlər