Azərbaycan Mərkəzi Bankı "İcraçı Kredit Agentliyi" BOKT-u cərimə edib
Azərbaycan Mərkəzi Bankı "İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatını (BOKT) cərimə edib.
Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, BOKT İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2 000 manat cərimə edilib.
Teqlər:
"Az\u0259rbaycan M\u0259rk\u0259zi Bank\u0131 \"\u0130cra\u00e7\u0131 Kredit Agentliyi\" BOKT-u c\u0259rim\u0259 edib"