Menyu

Ağalıda torpaqlar əkin məqsədi ilə icarə haqqı olmadan istifadəyə veriləcək

Ağalıda torpaqlar əkin məqsədi ilə icarə haqqı olmadan istifadəyə veriləcək

Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.

Operativ Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

Onun sözlərinə görə də, sabahdan müraciətlərin qəbuluna başlayır: "Ağalı kəndində 110 hektar ərazi seçilib. Həm ərazi hər biri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş, kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər