Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyinatı olub - FOTO
Nərmin Qocamanlı
Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.
Operativ Media xəbər verir ki, Asəf İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.
2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net