Menyu

Biləsuvarda ov tüfəngi ilə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb

Əsəd Abbaslı
Biləsuvarda ov tüfəngi ilə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb

Martın 2-də saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Teqlər:

"Bil\u0259suvarda ov t\u00fcf\u0259ngi il\u0259 v\u0259t\u0259nda\u015fa x\u0259sar\u0259t yetir\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər