Menyu

Binəqədi rayonunda ağac kəsintisi faktı aşkarlanıb

Əsəd Abbaslı
Binəqədi rayonunda ağac kəsintisi faktı aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.

Bu barədə Operativ Media-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.

Teqlər:

"Bin\u0259q\u0259di rayonunda a\u011fac k\u0259sintisi fakt\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər