Menyu

“Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası” təsdiqlənib

“Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası” təsdiqlənib

Nazirlər Kabineti “Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. 

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı çəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 14 nömrəli Əlavə - “Aerodromlar”la müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9137, altıncı hissə, maneələrə nəzarət” sənədinin tələblərinə uyğun həyata keçirilir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanunla, Şəhərsalma və Tikinti Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər