02 Fevral 2023, 17:22
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub şəkil
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib.

Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçib.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib