Menyu

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub.

Operativ Media xəbər verir ki, belə təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev bildirib ki, paytaxtda tez-tez xoşagəlməz qoxu hiss edilir: “Nə vaxt Neft Emalı Zavodu şəhərdən kənara çıxarılacaq? Allah eləməsin, qəza olsa, şəhərdə nəfəs almaq mümkün olmayacaq”.

Deputat elektrik stansiyalarının və SOCAR-ın özəlləşdirilməsini də təklif edib.

Teqlər:

"Neft Emal\u0131 Zavodunun Bak\u0131dan k\u0259nara k\u00f6\u00e7\u00fcr\u00fclm\u0259si t\u0259klif olunub"

Əlaqəli Xəbərlər