Menyu

Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramı hazırlanır

Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramı hazırlanır

Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramının hazırlanmasına başlanılıb.

Operativ Media  xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, dünyada əsasən uran reaktorları geniş yayılıb: "Bunun səbəbi bəzi güclərin uranın alternativ məqsədlər üçün istifadəsini mümkün hesab etməsidir. Hazırda dünyada demək olar ki, torium reaktorları mövcud deyil. Lakin Azərbaycanda bu sahə üzrə dövlət proqramının hazırlanmasına start verilib".

Qeyd edək ki, Çin 2030-cu ildən sonra quracağı torium reaktorlarını kommersiya məqsədləri üçün işlətməyi planlaşdırır və onların 100 meqavat və ya daha çox istehsal etməyi hədəfləyir. Çinin torium yataqları ölkənin gələcək 20 min il ərzində enerji ehtiyacını ödəmək üçün kifayət edir.

Teqlər:

"Az\u0259rbaycanda torium reaktorlar\u0131 il\u0259 ba\u011fl\u0131 d\u00f6vl\u0259t proqram\u0131 haz\u0131rlan\u0131r"

Əlaqəli Xəbərlər