Menyu

Sabirabad və Tərtərdə qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb

Əsəd Abbaslı
Sabirabad və Tərtərdə qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə Operativ Media-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxlər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər