DİM sədri: Son 30 ildə statistik göstəricilər abituriyentlik nəticələrinin qızlarda daha yüksək olduğunu göstərir
Nərmin Qocamanlı
Son 30 ildə statistik göstəricilər imtahan nəticələrinin qızlarda daha yüksək olduğunu göstərir.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadə "Qadın Liderləri Zirvəsi 2025" tədbirində çıxışı zamanı bildirib.
"Son 30 il ərzində orta statistik abituriyentin nəticəsi, orta statistik oğlanla müqayisədə həmişə qızların daha yüksək olub. Doğrudur, müəyyən bir seqmentdə 500 baldan çox yığan oğlanların sayı üstün idi, amma sonuncu 10-15 ildə həmin seqmentdə də qızların sayı artıb", - o, qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma