Neftçala Sənaye Məhəlləsinə 50 milyon manata yaxın investisiya yatırılıb
Sahibkarlar Neftçala Sənaye Məhəlləsinə bugünədək 49,5 milyon manat investisiya yatırıb.
Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu sənaye məhəlləsində mövcud layihələr üzrə əlavə olaraq 13,6 milyonmanat investisiyanın yatırılması nəzərdə tutulur.
Bildirilib ki, məhəllədə 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.
Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyonmanatdan çox məhsul istehsal edilib, bunun da 1,37milyonmanatlıq hissəsi ixracın payına düşür.
Bundan başqa, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 5dəfə çox, yəni 60 milyonmanatlıq məhsul satışı həyata keçirilib.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyonmanatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və5-i istehsal fəaliyyətinə başlayıb.
Teqlər:
"Neft\u00e7ala S\u0259naye M\u0259h\u0259ll\u0259sin\u0259 50 milyon manata yax\u0131n investisiya yat\u0131r\u0131l\u0131b"