Menyu

Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib

Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib

Qəhrəman ekipaj üzvlərimizin — İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalarını ailələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edib.

Operativ Media bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.

"Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların Muzeyə təqdim olunması, onların qəhrəmanlığının əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur mənbəyidir", - deyə açıqlamada qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər