Menyu

Fiziki zorakılığına məruz qalan azyaşlı sığınacağa yerləşdirilib, anası saxlanılıb - YENİLƏNİB

Fiziki zorakılığına məruz qalan azyaşlı sığınacağa yerləşdirilib, anası saxlanılıb - YENİLƏNİB

Sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan  görüntülər polis tərəfindən araşdırılıb. Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. 

Operiv Media-ya bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib

Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.  Araşdırma aparılır.

***

12:26

Anasının fiziki zorakılığına məruz qalan azyaşlı anası Fatimə Ramazanovadan alınıb.

Operativ Media xəbər verir ki, bu barədə  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, azyaşlı hüquq-mühafizə orqanları ilə komissiyanın birgə qərarı əsasında sığınacağa yerləşdirilib:

"Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə barədə Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib".

Eyni zamanda qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Teqlər:

"Fiziki zorak\u0131l\u0131\u011f\u0131na m\u0259ruz qalan azya\u015fl\u0131 s\u0131\u011f\u0131naca\u011fa yerl\u0259\u015fdirilib anas\u0131 saxlan\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər