05 Mart 2025, 13:30
Azərbaycanda su ehtiyatları 4 il ərzində 25 faizdən çox azalıb
Rafiq Verdiyev bildirib ki, müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə temperaturun artması müşahidə olunacaq, quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin olacaq.
Azərbaycanda su ehtiyatları 4 il ərzində 25 faizdən çox azalıb şəkil
Azərbaycanda su ehtiyatları 4 il ərzində 25 faizdən çox azalıb

Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına səbəb olub. Su ehtiyatlarımız bu illər ərzində 25 faizdən çox azalıb.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Rafiq Verdiyev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə temperaturun artması müşahidə olunacaq, quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin olacaq.

“Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30 faiz azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha da kəskinləşməsinə səbəb ola bilər. Gələcəkdə su qıtlığı problemlərini aradan qaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəli istifadə, su itkilərinin qarşısının alınması, alternativ su mənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadənin genişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edən metod və texnologiyaların tətbiqi mühüm addım hesab oluna bilər”, - deyə şöbə müdiri vurğulayıb.

R. Verdiyev əlavə edib ki, müxtəlif sututarların yaradılması, infrastrukturun bərpası yolu ilə nəql zamanı su itkilərinin azaldılması, suyun ədalətli və əlaqəli bölüşdürülməsi, istifadəçilər və əhali arasında müasir metod və texnologiyanın tətbiqi ilə sudan səmərəli istifadə edilməsi və digər istiqamətlərdə təlim və maarifləndirmə tədbirlərinin və s. geniş və davamlı şəkildə aparılması hədəflənir.

Son xəbərlər
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb