Menyu

Vəkil Adəm Məmmədov həbs edilib

Vəkil Adəm Məmmədov həbs edilib

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Operativ Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə hökm çıxarıb.

Hökmə əsəsən, vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

Qeyd edək ki, vəkil Ceyhun Yusifov Adəm Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər