Menyu

“Şəffaflıq Azərbaycan” fəaliyyətinə xitam verilib

“Şəffaflıq Azərbaycan” fəaliyyətinə xitam verilib

Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency İnternational”) milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.

Operativ Media xəbər verir ki, Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib.

Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək.

Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericiliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək.

Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər