Menyu

Xətai rayonunda tikilidə yanğın söndürülüb - YENİLƏNİB

Əsəd Abbaslı
Xətai rayonunda tikilidə yanğın söndürülüb - YENİLƏNİB
1 dəq oxu

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sökülməkdə olan tikilidə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

18:45

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər