Menyu

Polis Qaxda əməliyyat keçirib, 7 kiloqram narkotik aşkarlanıb

Nərmin Qocamanlı
Polis Qaxda əməliyyat keçirib, 7 kiloqram narkotik aşkarlanıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya verilən məlumata görə, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər