Menyu

Azərbaycanı çay ixracı artıb

Nərmin Qocamanlı
Azərbaycanı çay ixracı artıb

Bu ilin yanvar ayı ərzində ölkədən 471,35 min ABŞ dolları dəyərində 51,64 ton çay ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 36,4 faiz və ya 125,8 min dollar, həcmi isə 48 faiz və ya 16,76 ton artıb.

Qeyd edək ki, cari ilin ilk ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,19 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər