Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq
Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda, hər iki istiqamətdə)nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Operativ Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net