Menyu

“Otdıx” restoranında nöqsanlar aşkarlanıb

“Otdıx” restoranında nöqsanlar aşkarlanıb

Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bu barədə Operativ Media-ya AQTA məlumat verib.

Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib.

Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər