Menyu

Horadiz-Ağbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək

Horadiz-Ağbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən biri də Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisidir.

Operativ Media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.

O qeyd edib ki, bu bağlantı Zəngəzur dəhlizindən istifadə imkanları verəcək.

"Belə ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasında aparılan modernləşmə işləri aparılır. Eyni zamanda Türkiyə ilə bağlantının təmin olunması məsələləri var. Bütün bunlar Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün işlərin tərkib hissəsidir", - deyə o qeyd edib.

Qeyd edək ki, artıq Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb. Horadiz–Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər