Menyu

FHN Şuşa şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib

FHN Şuşa şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-in Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər