Menyu

Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb

Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb

2024-cü il ərzində 4 mindən çox qadın sahibkar biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib.

Operativ Media Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bununla yanaşı, ötən il 10-dan çox qadın sahibkar və menecer Almaniyada beynəlxalq ixstisasartırma proqramından yararlanıb.

2024-cü ildə qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. Bu dövrdə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər