Menyu

Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib

Əsəd Abbaslı
Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib
1 dəq oxu

Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.

Operativ Media xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir." - , məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər