Menyu

Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb

Əziz Əzizli
Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bələ ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"Sat\u0131c\u0131n\u0131 b\u0131\u00e7aqla h\u0259d\u0259l\u0259yib kassa aparat\u0131n\u0131 \u0259l\u0259 ke\u00e7ir\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər