Mingəçevirdə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 2
Mingəçevirdə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumatda qeyd olunur ki, 4 saylı Mingəçevir şəhər orta məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı Nihat Həsənzadə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
14:26
Mingəçevir şəhərində bıçaqlanan 2009-cu il təvəllüdlü Pünar Nəsrullayev orta məktəb şagirdidir.
Operativ Media xəbər verir ki, o, şəhərin 4 saylı orta məktəbinin 10-cu sinifində təhsil alır.
Hadisə ilə bağlı araşdırma aparılır.
10:00
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.
Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.