Novxanıda minik avtomobili yanıb
Əsəd Abbaslı
Abşeron rayonunun Novxanı kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net