Menyu

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb - YENİLƏNİB2

Əsəd Abbaslı
Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb - YENİLƏNİB2

Martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hamiləliyinin 36-37-ci həftəsində olan pasiyentə ölü döl diaqnozu təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

13:16

"1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub".

Operativ Media xəbər verir ki, bu barədə Gəncə Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

11:41

Gəncədə yeni doğulmuş körpə ölüb, anasının vəziyyəti ağırdır.

Operativ Media xəbər verir ki, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.

Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"G\u0259nc\u0259d\u0259 do\u011fu\u015f zaman\u0131 iki k\u00f6rp\u0259 \u00f6l\u00fcm\u00fc qeyd\u0259 al\u0131n\u0131b - YEN\u0130L\u018fN\u0130B2"

Əlaqəli Xəbərlər