Xaçmazda yük avtomobili yanıb
Əsəd Abbaslı
Martın 9-u günorta saatlarında Xaçmaz şəhəri ərazisində məişət tullantıları daşıyan yük avtomobili yanıb.
Operativ Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinin kabinəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net