Türkiyə prezidenti: "BTQ-yə böyük əhəmiyyət veririk"

admin
Türkiyə prezidenti: "BTQ-yə böyük əhəmiyyət veririk"

"Türkiyə olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət veririk".

“Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.

Bundan başqa, o, bildirib ki, ölkəsi Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir.

"Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi də bizim üçün vacibdir”, - deyə o, əlavə edib.

Digər xəbərlər