Menyu

NİİM hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Nərmin Qocamanlı
NİİM hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Dumanlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərin diqqətinə!

Hal-hazırda paytaxtın bu yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb

1. Zığ dairəsi- Hava Limanı yolu;
2. Heydər Əliyev prospekti;
3. Yusif Səfərov küçəsi;
4. Aeroport şosesi;
5. Ziya Bunyadov prospekti.
 
Xatırlatmaq istərdik ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir

Teqlər:

"N\u0130\u0130M hava \u015f\u0259raiti il\u0259 \u0259laq\u0259dar s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər