Menyu

Ölkədə 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb

Nərmin Qocamanlı
Ölkədə 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb

Azərbaycanda martın birinə olan məlumata əsasən, 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılaraq sistemləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, 2023-cü ildən etibarən bioloji nümunələrin toplanması işi Prezidenti İlham Əliyevin tapşırığı ilə 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır: 

"Mərkəz toplanmış bioloji nümunələrin DNT profillərini çıxararaq arxivləşdirir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər