Menyu

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək

Nərmin Qocamanlı
BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək
1 dəq oxu

İndiyədək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanla bağlı 53 layihə icra olunub.

Operativ Media xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, cari ildə 51 layihə qalib elan olunub və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb:

"Bu il BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir keçiriləcək”.

Əlaqəli Xəbərlər