Menyu

“Azərpoçt”un mənfəəti azalıb

“Azərpoçt”un mənfəəti azalıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti 9,9 milyon manat, xalis mənfəəti isə 4,5 milyon manat təşkil edib. 

Bu barədə Operativ Media-ya şirkətdən bildirilib.

Məlumata görə, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 14 % və 2,2 % azdır.

Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 586,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5 % azalaraq 520,9 milyon manata düşüb, balans kapitalı isə 15 % artaraq 65,3 milyon manata çatıb.

Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.

 

Teqlər:

"\u201cAz\u0259rpo\u00e7t\u201dun m\u0259nf\u0259\u0259ti azal\u0131b"

Əlaqəli Xəbərlər