Menyu

Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 30 % artıb

Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 30 % artıb

2024-cü ildə Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 1 milyard 373 milyon manat olan 801 min ədəd əməliyyat aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bunlar 2023-cü illə müqayisədə müvafiq olaraq 30,2 % və 36,3 % çoxdur.

"2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası”nda AÖS-ün Milli Ödəniş Sistemindəki payının artırılması, geniş tətbiqinin təşviqi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Sistemə banklarla yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər