Menyu

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində martın 12-də 23 dərəcə isti olacaq. 

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Teqlər:

"Sabah 23 d\u0259r\u0259c\u0259 isti olacaq - PROQNOZ"

Əlaqəli Xəbərlər