11 Mart 2025, 14:44
Bakıda sürücünün ölümcül döyülməsinin səbəbi məlum olub
Bakıda sürücünün ölümcül döyülməsi əvvəlcədən planlaşdırılıb.
Bakıda sürücünün ölümcül döyülməsinin səbəbi məlum olub şəkil
Bakıda sürücünün ölümcül döyülməsinin səbəbi məlum olub

Bakıda dörd nəfərin küçədə bir nəfərin avtomobilinə hücum edərək sürücünü ölümcül döyməsinin səbəbi məlum olub.

Operativ Media xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hücum, belə demək mümkünsə, əvvəlcədən planlaşdırılıb və məqsəd sürücünü cəzalandırmaq olub.

Mənbə bildirib ki, avtomobilin sürücüsü hücum edən şəxslərdən birinin xanımına qarşı qeyri-etik ifadə işlədib. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.

Bundan sonra isə Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli həmin sürücünün arxasınca düşərək, onu publik şəkildə cəzalandırıblar.

Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar