Menyu

Hərbi qulluqçuların fiziki hazırlığına xüsusi diqqət yetirilir

Əsəd Abbaslı
Hərbi qulluqçuların fiziki hazırlığına xüsusi diqqət yetirilir

Azərbyacan Ordusunda şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədi ilə onların fiziki hazırlığına xüsusi diqqət yetirilir.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bütün qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyət mütəmadi olaraq fiziki hazırlıq məşğələlərinə cəlb olunur, kütləvi idman tədbirlərində fəal iştirak edirlər.

Bildirilir ki, keçirilən dərs və məşğələlərdə üzgüçülük, taekvondo, güləş, cüdo, qaçış, boks, futbol, voleybol və digər idman növləri ilə yanaşı, hərbi qulluqçulara özünümüdafiə, əlbəyaxa döyüş növləri də öyrədilir.

Hərbi qulluqçuların fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır.

Teqlər:

"H\u0259rbi qulluq\u00e7ular\u0131n fiziki haz\u0131rl\u0131\u011f\u0131na x\u00fcsusi diqq\u0259t yetirilir"

Əlaqəli Xəbərlər