Azərbaycanla İspaniya arasında Orta Dəhliz üzrə əməkdaşlıq imkanları dəyərləndirilib
Əsəd Abbaslı
Azərvaycan və İspaniya arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.
"Ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşdük.
İki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - deyə məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net