Menyu

Tərtərdə avtomobil qəzası olub, ölən var

Əsəd Abbaslı
Tərtərdə avtomobil qəzası olub, ölən var

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Operativ Media xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər