Menyu

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə  Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bugünkü iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb:

"Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".

Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

 

 

 

***

10:42

 

 

 

 

 

 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Operativ Media xəbər verir ki, indiyədək komissiyanın iki iclası baş tutub və 300-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər