Bakıda səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb
Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb.
Operativ Media bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net