Menyu

"Bolt Azərbaycan" sertifikatsız işləyən taksi sürücülərinin hesabını bloklayıb

Əsəd Abbaslı
"Bolt Azərbaycan" sertifikatsız işləyən taksi sürücülərinin hesabını bloklayıb

Bu gündən “Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a bir qrup sürücü məlumat verib.

Onların sözlərinə görə, “Bolt” buna səbəb kimi həmin sürücülərin təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir.

Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etməyi tələb edir. Beləliklə, “Bolt” taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Teqlər:

"\"Bolt Az\u0259rbaycan\" sertifikats\u0131z i\u015fl\u0259y\u0259n taksi s\u00fcr\u00fcc\u00fcl\u0259rinin hesab\u0131n\u0131 bloklay\u0131b"

Əlaqəli Xəbərlər