Menyu

Beyləqanda yol qəzası olub, 6 nəfər yaralanıb

Beyləqanda yol qəzası olub, 6 nəfər yaralanıb

Ötən gün Beyləqanda baş verən qəzada altı nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan dörd nəfərinin Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər