Menyu

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Martın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Bu barədə Operativ Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan martın 16-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunacaq.

"Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar",- məlumatda qeyd olunub.

Teqlər:

"Q\u0259bul imtahan\u0131n\u0131n ikinci m\u0259rh\u0259l\u0259si \u00fczr\u0259 s\u0131naq imtahan\u0131 ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər