Menyu

Əhmədlidə restoranda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Əhmədlidə restoranda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Bu barədə Operativ Media Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

***

10:22

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Operativ Media  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər